MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

Dərc olunub: 16/01/2019 - 10:43

hadi3Milli Məclisin deputatları Hadı Rəcəbli və Asəf Hacıyevin yaxın xaricdə, çox böyük ehtimalla Ukrayna və ya Rusiyada restoranda çəkilmiş videogörüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

“AzPolitika.info”nun məlumatına görə, cəmi 11 saniyəlik videoda Asəf Hacıyevin masa arxasında əyləşərək içki içdiyi, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, 72 yaşlı Hadı Rəcəblinin isə həzin musiqinin müşayiəti altında gənc bir xanımla rəqs etdiyi görünür.

Demokrat.az saytının əldə etdiyi bildirilən görüntüləri qeydə alan da, çox güman ki, deputatdır. O, Asəf Hacıyevin qarşısında əyləşib.

***

Hadi Rəcəbli Unikal.org-a açıqlamasında yayılan bu görüntülər haqda danışıb. Deputat qeyd edib ki, bu görüntülər Rusiyada ailə məclisi zamanı çəkilib və qərəzli şəkildə yayımlanıb:

“Bu görüntülər bayram şənliyində çəkilib. Ailə tədbirində belə bir rəqsin edilməsi normaldır. Sözügedən görüntülərdə yanlış hər hansı addım atmamışam. Rəqs etməkdə qəbahət heç nə yoxdur. Hərkəs şənlikdə rəqs edə bilər. Mən fiziki əngəlli xanımla da rəqs etmişəm, dünya dağılmayıb ki? Bu görüntülər Rusiyada çəkilib. Mən ölkə xaricindəyəm, gələndə bu görüntülərin nə məqsədlə yayıldığını araşdıracam”.

Müəllimlərin mədəni istirahətini əks etdirən görüntüləri təqdim edirik:








loading...


Fikrinizi bildirin