NATO-nun ekspert qrupu Bakıda səfərdədir

Dərc olunub: 16/01/2019 - 11:20

mudafie_tedbir_160119Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.








loading...


Fikrinizi bildirin