ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

Dərc olunub: 16/01/2019 - 11:56

9880038c-76e5-42ff-9af4-2a992b1f741bABŞ-la Cənubi Koreya “Başlıca qərar” (“Key resolve”) adı altında birgə komanda-qərargah təlimləri keçirəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 4-də başlayacaq təlimlər iki həftə davam edəcək. Hazırda tərəflər hərbi tədbirin detallarını müzakirə edirlər.

Cənubi Koreya Şimali Koreyanın tənqidlərinə tuş gəlməmək üçün təlimin “19-1” adlandırılmasını nəzərdən keçirir.








loading...


Fikrinizi bildirin