“Necə ola bilər ki, 16 min pensiyaçının 7 mini əlilliyə görə pensiya alır?” - İcra başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.

“Report” xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

“Elə bələdiyyələr var ki, əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb”, - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: “Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

“Xalq qəzeti”ndə yer alan məqaləyə görə, icra başçısı əlavə edib ki, sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır: “Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin avqustun 28-də imzaladığı sərəncama əsasən, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

Bashirov Qarib 2019-01-16 12:34:26

Cənab başçı,əlillərlə baglı mən deyim.Faktiki əlillərin sənədlərini ,xəstəxanalar qəsdən,səhv tərtib edərək,hansısa qrafanı yazmırlar. Haqlı olaraq da ƏƏSN elektron qəbul etdiyi sənədə uygun olaraq əlillik verməkdən imtina edir.Tam saglam olandan 3-4min man.alaraq sənədlərini duzgun tərtib edərək elektron gondərirlər.ƏƏSN fərdlə canlı təmasda olmadıgından sənədlərə əsasən saglam adama haqlı olaraq əlillik təyin edirlər.Gedin xəstəxanaya,palatalar boş olsa da,guya butun çarpayılar dolu kimi göstərilir.

Son yazılar