Putinə sui-qəsd hazırlanıb? - "Onun hərəkətləri..." (Yenilənib)

Dünya mətbuatında Serbiyada Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlandığına dair yayılan məlumatlar təsdiqini tapmır. "AzPolitika.info" xəbər verir ki, bu barədə "Sputnik Serbiya" məlumat yayıb.

Ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinad edilərək bildirilir ki, həbs olunan 21 yaşlı Armina Alibaşiçin Rusiya prezidentinə sui-qəsd etmək niyyəti olmayıb: "Onun hərəkətlərinin Putinin Serbiyaya gözlənilən səfəri ilə heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, bundan öncə Serbiyanın “Pravda” qəzetinin məlumatında polisin Armin Alibaşiçin bel çantasından şübhələnərək, onu saxladığı bildirilirdi. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Onun yaşadığı evdə aparılan axtarış nəticəsində isə partlayıcı qurğu üçün komponentlər tapılıb.

***

Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub. “Report” xəbər verir ki, məlumatı Serbiyanın “Pravda” qəzeti yayıb.

Bildirilib ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsindəki küçədə saxlayıb. Asayiş keşikçiləri onun bel çantasından şübhələniblər. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Onun yaşadığı evdə aparılan axtarış nəticəsində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.

Qeyd edək ki, yanvarın 17-də Rusiya Prezidenti Serbiyaya səfər edəcək.

635x100

Şərhlər

Полуноченко 2019-01-16 18:11:32

Зажглась звезда на небе вдруг и очень метко Упала нам и на погоны, и в сердца, И стала нам как будто матерью разведка Вдали от Родины , от дома и отца.

Abit 2019-01-16 18:11:32

Yalansa gerçek olsun

Toлик 2019-01-16 18:11:32

Абсалютна.неверити. сербиский. ресбуплики. уважаймы. расиянин.и.серби. етаму.неверити.ето. 100.прачентный.лож.и.абман

Полуноченко 2019-01-16 18:11:32

Работаем...

Son yazılar