HEYDƏROVLAR AİLƏSİ RƏSM SƏRGİSİNDƏ - Fotolar

Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib.

"AzPolitika.info"nun məlumatına görə, tədbirdə diqqəti çəkən məqamlardan biri Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi ilə birgə iştirakı olub. Belə ki, rəssamın yubiley sərgisində K.Heydərovla yanaşı həyat yoldaşı Ruhəngiz xanım və atası - Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da iştirak edib. Fəttah Heydərov tədbirdə çıxış da edərək, Arif Əzizin yaradıcılığını yüksək qiymətləndirib, onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğunu, yüzlərlə gəncə sənətin sirlərini öyrətdiyini söyləyib.

Qeyd edək ki, Heydərovların Arif Əzizin yubiley sərgisində ailəliklə iştirak etmələri rəssamın onlar üçün yad biri olmadığını düşünməyə əsas verir.

Xatırladaq ki, Kəmaləddin Heydərovun qudalarından birinin - böyük oğlu Tale Heydərovun qayınatasının rəssam olduğu bildirilir.

AzPolitika.info

635x100

Şərhlər

Mehdi 2019-01-16 15:17:12

Hec gor dexli var,Heyderovlar sergide.Olublar olublardee.Prezident deyil,olkeninin bascisi deyil,bas nazir deyil.Bunu da bir gun Fazil Memmedovun gunune salacaqsiniz yaza yaza.

Son yazılar