““Brexit" may ayından sonraya təxirə salına bilməz” - Avropa Parlamenti

"Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması məsələsini Avropa Parlamentinə bu il mayın 23-26-da keçiriləcək seçkilərdən sonraya təxirə salmaq mümkün deyil".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin "Brexit" əlaqələndiricisi, Liberal Partiyası qrupunun rəhbəri Gi Verhofstadt Strasburqdakı dinləmələrdə çıxışı zamanı bildirib.

“Brexit"i təxirə salmağı təklif edirlər, amma Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonraya təxirə salınsa, cəmiyyətimizdə, iqtisadiyyatımızda qeyri-müəyyənlik daha da artacaq”, – o deyib.

G.Verhofstadt bütövlükdə "Brexit" məsələsini “Britaniya Mühafizəkarlar Partiyası daxilindəki dava” adlandırıb.

Avropalı millət vəkili Böyük Britaniyanın seçkilər zamanı hələ də Aİ üzvlüyündə qalarsa, qaydaya əsasən, seçkilərin bu ölkədə də keçiriləcəyini, lakin Aİ-dən çıxmaq niyyətinə görə belə şeyin mümkün olmayacağını diqqətə çatdırıb.

Bundan əvvəl Böyük Britaniya parlamenti Aİ ilə razılaşdırılmış "Brexit" planına qarşı səs verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar