MOSKVA ERMƏNİLƏRİ BAKIYA BURAXMAĞI TƏLƏB EDİR! - Səfir açıqlama verdi

"Bu cür informasiyanı sızdırmaq diplomatik praktikada qəbul edilməyib..."

Rusiya XİN erməni millətindən olan Rusiya vətəndaşlarının ölkə ərazisinə buraxılmasını Azərbaycan hökumətindən tələb edən kobud bəyanatlarla çıxış etməkdə davam edir. Lakin Azərbaycan nümayəndələri bu məsələdə güzəştə getmir, çünki ölkəmiz hələ də Ermənistanla müharibə vəziyyətindədir. Rusiya XİN Mariya Zaxarovanın son, aşkar həyasız bəyanatı ilə kifayətlənməyib. Dünən RİA “Novosti” xəbər yaydı ki, Azərbaycanın Rusiyadakı səfirliyi “Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına qarşı ayrıseçkiliklə əlaqədar Rusiya XİN-in yaddaş qeydini alıb”. Agentlik Moskvadakı diplomatik mənbəyə istinad edir.

“Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq”, - RİA “Novosti” adı çəkilməyən diplomatik mənbədən sitat gətirir.

Virtualaz.org şərh almaq üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya müraciət edib. Doğrudanmı, Rusiya tərəfi səfirliyə qeyd göndərib? Rusiya tərəfinin növbəti kobud müdaxiləsinin arxasında nə dayanır? Səfirin eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.

- Dünən RİA “Novosti”nin erməni əsilli rusiyalılara qarşı ayrıseçkilik haqqında qeydin Rusiya XİN tərəfindən Azərbaycan səfirliyinə yaddaş qeydinin göndərilməsi barədə yayımlanmış xəbərini necə şərh edirsiniz?

- İlk öncə diqqəti bir fakta cəlb etmək istəyirəm ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması qəbul edilməyib, çünki bu, rəsmi diplomatik yazışma deyil. Nəzərə alsaq ki, bu məlumat istənilən halda mətbuata yol tapıb, öz tərəfimdən Sizə müvafiq arayış vermək üçün mənə şərait yaratdığınıza görə minnətdarlığımı bildirirəm.

Qeyd etmək lazımdır ki, dərc edilmiş məlumat reallığı əks etdirmir. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimi ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib.

- Doğrudanmı, Zaxarovanın son bəyanatına qədər Rusiya bu məsələni qaldırmışdı?

- Doğrudur, Rusiya tərəfi bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb. Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə, elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübə mövcuddur ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər.

- Digər Rusiya vətəndaşları ilə bağlı problemlər varmı?

- Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə heç bir şikayət olmayıb.

Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər. Azərbaycan səfirliyi dəfələrlə erməni əsilli Rusiya vətəndaşlarının, o cümlədən özəl qaydada Azərbaycana səfər etmələrinə şərait yaradıb. Bir daha qeyd etmək istəyirəm ki, istənilən məhdudiyyətlər yalnız həmin vətəndaşların özlərinin təhlükəsizlikləri baxımından tətbiq edilir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın və məcburi köçkün yaşayır və onlar doğma torpaqlarından qovulublar. Həmin şəxslər üzləşdikləri qəddarlıqları, əzabları və qeyri-insani rəftarı, eyni zamanda Xocalı soyqırımını heç vaxt unutmayacaqlar.

- Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Rusiyalı həmkarlarım məndən tez-tez soruşurlar: bu vəziyyətdən necə çıxmaq olar və bunun üçün nə edilməlidir? Hər dəfə də cavab verirəm ki, tez bir zamanda münaqişə ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün.

Son illər ərzində üç dəfə Ermənistanda və Qarabağda olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, xalqlar arasında dialoq mümkündür, lakin Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçı siyasətə son qoyulsun.

635x100

Şərhlər

T.Q. 2019-01-16 15:34:19

Zaranı gətirənlər kimlərsə ola bilər, onu bütün zalla alqışlayanlar isə özümüz idik...

sual 2019-01-16 15:34:19

Bizim hədəf olaraq müəyyənləşməyimizin səbəbi aydın olmadı. Lakin şübhə etmirəm ki, ölkə rəhbərliyi tərəfindən reallaşdırılan düşünülmüş və uzaq görən siyasətin nəticəsi olaraq yaranmış bu anlaşılmazlıqda tez bir zamanda aradan qaldırılar

Türk oğlu 2019-01-16 15:34:19

Ruslardan nə qədər uzaq olszq başımız dinc olar.

Vətəndaş 2019-01-16 15:34:19

Hörmətli çox sevdiyim Azpolitika bunu gərək manşetə qoyardınız. Bu çox vacib məsələdir. Məsləhət deyisə başınız ağrıyarsa eybi yox itirin onu.

Adil 2019-01-16 15:34:19

Bakıda JARA festivalı keçende mariya zaxarova ve peşkov burda istirahet edirdiler. Telekanallarımız fexrle her gün bunu efire verirdiler. Bes ne oldu?

Cavan 2019-01-16 15:34:19

Polad müəllim qəribə söz danışır.Deyir ki Rusiya bu məsələni ədalətlə həll etməlidir.Camaatı özünüzə güldürməyin.Pusiya Qarabağı işğal edib erməniyə verib və erməniyə bizimlə danışıq aparmağa belə icazə vermir.Biz isə rus məktəblərini Azərbaycanda artıraraq 5-ci kolonu gücləndirməkdə davam edirik.Xocalı faciəsində ermənilər qədər ruslar da günahkardır.Polad bəy qorxusundan eşşəyi qoyub palana vurur.Əhsən.

Yengibar 2019-01-16 15:34:19

Nə qədər ki Rusiya imperiyası durur, nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstana, eləcə də digər keçmiş sovet respublikalarına Allahın günü olmayacaq.Hamı birləşməli və bu faşizmdən birgə azad olmalıdır.

Q A R A B A Ğ 2019-01-16 15:34:19

Hər şeydən əvvəl Ermənistan tərəfindən əsassız həbs edilib uzun müddət həbsdə saxlanılan sadə həmvətənlərimiz Şahbaz və Dilqəm azad edilib ölkəmizə qaytarmalı, torpaqlarımız qeyri şərtsiz düşman tapdağından təmizlənib vurulmuş ziyan aradan qalxdıqdan sonra onlarla müəyyən danışıqlar aparıla bilinər. Yoxsa ki, həm tarixi torpaqlarımızı, elimizi, obamızı vəhşicəsinə işğal edib 1 milyondan çox günahsız insanlarımızı çöllərə saldıqları bəs deyil, hələ bir Bakıya qayıtmaq da istəyirlər. Utanmazlığa bir bax. Murd

Azəri 2019-01-16 15:34:19

Bu Polad ...

Vətəndaş 2019-01-16 15:34:19

Artıq əhalini şantaja başlayıblar. Bu da o şantajın bir hissəsidir. Telefonlara səslər atılır. Fırtına qrip və başqa müəmmalı uydurmalar gəzir şəhərdə. Məktəbləri də bağladılar. Bu nə deməkdir? Nə oyundur?

ayzek 2019-01-16 15:34:19

Pulad məllim,siz niyə mariya Zaxaryana şikayət etmirsiniz ki Rusiya vətəndaşı olan azərbaycanlıları Ermənistana buraxmırlar?

hop-hopnamə 2019-01-16 15:34:19

Soloveyçik, qorxursan ki, deməyə o andırlardan bizdə itinə tökdür!!!

Abit 2019-01-16 15:34:19

Cavabları verilmir ona göre,niye bunlara .... komandası veren yoxdur.Özümüze qenim kesilmişik....

Arif 2019-01-16 15:34:19

Bunu belə düzüb qoşublar. Arvad ya ruslar indiyə kimi niyə demirdilər, indi başlayıblar danışmağa. Səbəb nədir? Yaxşıca hazırlanıb.

Qabil 2019-01-16 15:34:19

ONU ANASI ARVADI ERMƏNİ OLANLAR İSƏTYİR. ZARANI DA GƏTİRDİLƏR. BU ARTIQ MİLLƏTƏ XƏYANƏTDİR. DÜŞMƏNƏ TAM TƏSLİM OLMAQDIR. ERMƏNİ HƏR GÜN CAVALARIMIZIN QANINI TÖKÜR,TORPAQLARIMIZI ALIBLAR. ƏSİRLƏRİMİZİN BAŞINA ELƏ OYUN AÇIRLAR Kİ İNSAN ONU HİSS EDƏNDƏ ÖZ HƏYATINA DA NİFRƏT EDİR. BELƏ DÜŞMƏNİ ANCAQ QANI DÜŞMƏN QANI OLANLAR ÖLKƏYƏ BURAXAR. DÜMARLARINDA TƏMİZ AZƏRBAYCANLI QANI AXAN HEÇ KİM BİQEYRƏTLİK EDİB ERMƏNİNİ BAKIYA GƏLMƏSİNƏ RAZI OLMAYACAQ. YENƏ DEYİRƏM BU BAŞ VERSƏ MİLLƏTƏ XALQA BÖYÜK XƏYANƏT OLACAQ VƏ ÇOX ACINACAQLI FƏSADLARI OLACAQ.

********* 2019-01-16 15:34:19

Aydındır ki, bu təxribatdır. Belə xəbərdarlıqların arxasında bir qayda olaraq hansısa məqsədlər güdülür. Ermənilər sadəcə olaraq bəhanədir- qeosiyasətin oyuncaqları olaraq. Ruslara lazım olan nədirsə, onu əldə etmək istəyirlər.

G M 2019-01-16 15:34:19

Azərbaycanlılar heç vaxt belə qəddarlıq eləməzlər.Bakının mərkəzində firəvan yaşayanların böyük əksəriyəti erməni qohumluğu olanlardı.Vəzifədə olanların içində erməni qatışığı olanlar var.Həbsxanada bir nəfər də olsun onlardan yoxdur(rəis,zabit sostavında olanlari bəlkə də var).Bununla da kifayətlənməyib,manuçarovu,s kaputiyanı,z balayanı da gətirmək istəyirlərsə onda inciməsinlər.onları qarşılamağa KİŞİ tapılar.Düşünməsinlər ki bizlər ancaq arazlardan,n.elmanlardan ibarətik

2+2=4 2019-01-16 15:34:19

Ermənilərin aktivləşməsi, prosesə cəlb olunmasından görünür ki, bu erməni və rusun razılaşdırılmış, əlaqələndirilən fəaliyyətidir

X 2019-01-16 15:34:19

Bunun gunahi rusyanin az qala agagindan opmeye hazir olan hökumet numayendelerinindi.Buyurun cavab verin dostlariniza Vallh bunlarin naziyla cox oynayiriq Kerbelayi. Rus dilin hami bir nefer kimi öyrensin rusya ermenileri gelr Ayib di

t.ədalət 2019-01-16 15:34:19

erməniləri Bakıya buraxmaq, o deməkdir ki,gəlin,qətlə yetirdiyiniz azərbaycanlıların qanı üzərində təkrar addımlayın.Yadınızdadırsa,Z.Balayan "ocaq" kitabında qeyd edirdi ki,Xocalıya gedəndə kiçik bir arxın üstündən keçmək üçün ayaqlarımızın altına yarıcan azərbaycanlıları və meyitləri düzdük.İndi,bundan sonra erməniləri Bakıya gətirmək istəyənlərə nə ad verəsən?Əlbəttə,buna razı olanlar damarları erməni qanına bulaşanlardır.Onlara lənət olsun!

Bashirov Qarib 2019-01-16 15:34:19

Musahibədən belə anlaşılır ki,hörmətli Polad muəllim ermənilərin Bakıya gəlməsindən qəti narrazılıq etmir, hətta, özu də onların gəlməsinə həmişə kömək edib.Onun əsas narahatlıgı ondan ibarətdir ki,Rusiyanın bu barədə bizdən tələb etməsinin niyə mətbuata çıxmasıdır.Olunan təzyiq normaldır, amma, bunu mətbuat bilməməlidir.Polad muəllimin digər narahatçılıgı isə,birdən ermənilərlə Bakıda pis rəftar edərlər,onların qəlbinə dəyərlər.Axı,didərgin qaçqınlar,Xocalı faciəsi var ortada.Əlbəttə,başa duşunləndir.

rashad haciyev 2019-01-16 15:34:19

Şərəfsizlər Dilqəm Şahbazov və Şahbaz Quliyevdən danışın onlar Rusiya vətəndaşıdır niyə heç nə demirsiz .Ata baba qəbrinə gedibıər tutub salıbıar içəri hələ utanmaz danışır Ukraynanı bu günə saldılar hələ demirlər.Rusiya get özüvə umac uy bizə əriştə kəsmə.

Son yazılar