Lavrov kürd məsələsindən danışdı – “Sərhədlərin yenidən çəkilməsindən qaçmaq vacibdir”

Dərc olunub: 16/01/2019 - 15:30

sergey-lavrovKürdlərin Yaxın Şərq ölkələrində yaşayışı ilə bağlı məsələ milli qanunvericiliklər çərçivəsində həll olunmalıdır və bu məsələdə sərhədlərin yenidən çəkilməsindən qaçınmalıdır.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Həm Suriyada, həm İraqda, həm də başqa ərazilərdə yaşayan kürd əhalisi ilə bağlı yaranan problemlər həmin ölkələrin milli qanunvericiliklərinə uyğun şəkildə həll edilməli, kürdlərin nümunəsində milli azlıqların hüquqları onların özlərilə mərkəzi hökumətlər arasındakı dialoq vasitəsilə təmin olunmalıdır. Bu məsələdə sərhədlərin yenidən çəkilməsindən qaçmaq vacibdir”, – deyə Lavrov bildirib.








loading...


Fikrinizi bildirin