Qubada güclü külək fəsadlar törədib - Ev və yardımçı tikililərin damları uçub

Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar