“2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr baxımından çox müsbət olub” – Lavrov

Dərc olunub: 16/01/2019 - 16:29

ecfe0cfe-378b-41c5-acd5-e63a2d31a529“Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il prezidentlər səviyyəsində olduqca məzmunlu növbəti görüşlər keçirildi, həmkarım Elmar Məmmədyarovla Bakıda və Moskvada görüşdük”, – S.Lavrov bildirib.

O həmçinin xatırladıb ki, ötən il Rusiya və Azərbaycan prezidentlərinin – Vladimir Putin ilə İlham Əliyevin birgə rəhbərliyi altında növbəti Bakı Humanitar Forumu keçirilib: “Bizi bir-birimizə bağlayan çoxsaylı – formal və rəsmi, qeyri-rəsmi tədbirlər baş tutub”.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri baxımından ilin yekunları olduqca müsbətdir.

“MDB-nin strukturlarında, BMT-də, ATƏT-də, Azərbaycana qarşı qərəzli hərəkət edilməyə çalışılan Avropa Şurasında, azərbaycanlı deputatların hüquqları ilə bağlı ayrı-seçkilik etməyə çalışılan AŞPA-da yaxşı əməkdaşlıq etdik”, – S.Lavrov deyib.








loading...


Fikrinizi bildirin