"Paris görüşü faydalı olub" - XİN

"Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşü şərh edərkən bildirib.

"Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər", - deyə L.Abdullayeva əlavə edib.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2019-01-16 19:07:02

Mənasız görüşlərə son qoymaq və əməli işə keçmək lazımdır.Bundan sonra nə qədər görüş keçirilsədə heç bir nəticəsi olmayacaq.Xalqın başını belə görüşlərlə nə qədər qatmaq olar görəsən.Erməni Qarabağı danışıq yolu ilə qaytaran deyil.Bunu birdəfəlik bilmək lazımdır.

t.ədalət 2019-01-16 19:07:02

Görəsən,o "fayda" nədir?Bizə də izah etsələr pis olmaz.Hələ ki fayda ermənilərə aiddir.İşğal etikləri ərazilərdə tikintiyə ara vermirlər.

Son yazılar