RSXM: Bakıda zəlzələ olacağına dair xəbərlər əsassızdır

Dərc olunub: 16/01/2019 - 20:29

e4d0d93f-cafe-415e-b108-772ff55ab402 (1)“Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsus ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub. Vətəndaşlarımız tərəfindən bizə bununla bağlı edilən çoxsaylı müraciətlərə bir daha aydınlıq gətirərək bildirmək istəyirəm ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir: “Odur ki, vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbəri inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik”.








loading...


Fikrinizi bildirin