Özil yenidən İspaniyada oynaya bilər

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil yenidən La Liqada çıxış edə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadla yaydığı xəbərə görə, “Atletiko” almaniyalı futbolçu ilə maraqlanır. London klubu tərəfindən transferə çıxarılan 30 yaşlı futbolçunun Madrid təmsilçisi ilə danışıq apardığı bildirilir. “Atletiko” Özil üçün “Arsenal”a 18 milyon funt-sterlinq (təqribən 20.2 milyon avro) təklif edib.

Qeyd edək ki, Məsut Özil 2010-2013-cü illərdə Madridin digər təmsilçisi "Real"da çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar