Ötən il Acarıstana 200 mindən çox Azərbaycan vətəndaşı səfər edib

Ötən il Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 204 562 Azərbaycan vətəndaşı səfər edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna MR-in Turizm və Kurortlar Departamentindən məlumat verilib.

İllik müqayisədə Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayında 24,2% artım qeydə alınıb.

2018-ci ildə Acarıstana, ümumilikdə, 1,9 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 23,7% çoxdur.

Departamentdən qeyd olunub ki, statistik göstəricilər Acarıstana Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsi, Batumi limanı və aeroportu vasitəsilə səfər edən əcnəbilərin sayını əks etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar