"Abşeronda küləyin sürəti arabir 35 m/saniyəyədək şiddətlənir" - Qərargah (Yenilənir)

Saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

* * *

Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan “Report” verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.

"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.

635x100

Şərhlər

Adil 2019-01-17 09:18:09

Ay qardaş biz abşerondayıq da hanı güclü külek?

Son yazılar