RUSİYANIN PARÇALANMASININ İDARƏ EDİLMƏSİ – “Bu ölkə güman ediləndən də zəifdir”

Rusiyanın Ukraynaya davam edən hücumları və Qərb ölkələrində apardığı inadkar təxribatçılıq fəaliyyətləri onu göstərir ki, Vaşinqton və Brüssel Moskvanın imperiya səylərini cilovlaya bilməyib.

Məhdud sayda sanksiyalar Kremldə Qərbin zəifliyi barəsindəki mövcud təsəvvürləri gücləndirir. Rusiya güman ediləndən də zəifdir, Qərb isə təsvir olunduğundan daha güclüdr. Putin rejimi altındakı bu ölkə formalaşan demokratiyadan dayanıqsız avtoritarizmə keçid edib.

Rusiyanın çökməsinə səbəb ola biləcək və onun dağılmasından sonra meydana çıxacaq nəticələrin öhdəsindən gəlmək üçün Qərbə yeni strategiya lazımdır.

Hərçənd, Moskva qlobal rəqabət qabiliyyətli səviyyəyə çıxmaq üçün öz iqtisadiyyatını modernləşdirə bilməyib, amma Kreml dezinformasiyanın köməyi ilə Rusiyanın heç bir sahədə Amerikadan geri qalmayan güclü bir dövlət kimi təqdim olunması məsələsində nailiyyət əldə edə bilib.

Əsl həqiqətdə isə Rusiya çökmək həddindədir və bu ölkə özünün gücsüzlüyünü digər dövlətlərə təcavüz etməklə maskalayır. Rusiya iqtisadiyyatı durğun vəziyyətdədir. Dünya Bankının 2017-ci ildəki məlumatına əsasən adam başına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Rusiya 62-ci yerdə gedir.

Hətta Rusiyanın müdafiə büdcəsi də azalır və Amerikan hərbi büdcəsinin 10%-nə ancaq çatır. Enerji resurslarının qiymətinin aşağı düşməsinə görə infrastruktur deqradasiyaya uğrayıb, korrupsiya tüğyan edir və Qərbin maliyyə sanksiyaları üzündən dövlət gəlirləri azalır, həyat səviyyəsi aşağı düşür. Bütün bunlar cəmiyyətdəki münaqişələri gücləndirir, regional narazılıqları artırır.

Rusiyanın dağılmağa yaxın olmasını ortaya qoymaq üçün təkcə iqtisadi göstəricilərin yetərsiz olmasını söyləmək kifayət etmir. Amma sosial, etnik və regional narazılıqların güclənməsi onu göstərir ki, ölkənin parçalara ayrılması yaxınlaşır.

Rusiya güclü etnik və bəzi regionların özünəməxsusluq xüsusiyyətindən çıxa bilməyib. Çar və sovet irsinə görə Rusiya imperiya olaraq qalır.

Nəhəng Rusiya Federasiyası 85 subyektdən ibarətdir və onlardan 22-si rusların az yaşadığı respublikalardır. Bu respublikalar Şimalı Qafqazda və Volqaboyunda yerləşirlər. Bundan başqa çoxsaylı özünəməxsus xüsusiyyətə malik regionlar vardır ki, onlar Moskva ilə daha çox məsafə saxlayırlar.

Moskva regionların mərkəzdən hədsiz asılılığını ortadan qaldırmaq kursu tutmaq əvəzinə onların muxtariyyətini zəiflədir. Buna nümunə kimi “ruslaşdırmanı” irəliyə çəkmək üçün nəzərdə tutulmuş dil haqında yeni qanunu və həmçinin də, bir sıra regionların ləğvi və birləşdirilməsi planını göstərmək olar.

Təzyiq bütün ölkə üzrə artır. Kreml tərəfindən təyin olunan yerli qubernatorlar və Moskvanın regional resursları mənimsəməsi federativ subyektlərdəki ümumi narazılığı gücləndirir. Əslində isə, əgər, məsələn, Moskva faydalı qazıntılarla zəngin olan Uzaq Şərqdəki Saxa və Maqadan vilayətləri kimi regionları istismar etməsə, onda onlar tamamilə uğurlu müstəqil dövlətlər ola bilərlər.

Yeni dövlətlər federal büdcəsi kəskin azalan Moskvadan asılı olmadan qonşu ölkələrlə daha sıx iqtisadi və siyasi əlaqələrin qurulmasından fayda götürərlər. Tökülüb dağılan infrastruktur ona gətirib çıxarıb ki, Sibir əhalisi və Rusiyanın uzaq şərqi Moskvadan daha çox uzaqlaşır, bu isə nəticədə mərkəzdən ayrılma və suverenitet tələblərini gücləndirəcək.

Yaranacaq belə bir vəziyyətdə Qərbin hadisələrə müdaxiləsi vacibdir. Vaşinqton Sovet İttifaqının dağılması zamanı tətbiq etdiyi metodlara qayıtmalıdır. Bunun üçün o demokratiyanı, plüralizmi, azlıqların hüququnu, əsl federalizmi, mərkəzsizləşməni və Rusiyanın müxtəlif regionlarının, etnik qruplarının öz müqəddəratını müyyən etməsini dəstəkləməlidir.

Moskva Avropa Birliyini və NATO-nu parçalamaq məqsədiylə Avropadakı millətçi və separatçı partiyaları dəstəklədiyi bir vaxtda, Vaşinqton Rusiya Federasiyasının daxilində regional, etnik və öz müqəddaratının həll ediməsi məsələsində yardımçı olmalıdır. Bu Moskvanın dağıdıcı əməllərinə qarşı Qərbin lazımı qaydada reaksiya vermək qabiliyyətini göstərmək baxımından güclü siqnal olacaq.

Rusiya Federasiyasının dağılmasının faydalı olması sübutları məntiqlə izah edilməlidir. Rusiyanın yaşaması və həyatda qalması üçün federal demokratiya və güclü iqtisadiyyat vacibdir. Hal-hazırda demokratiya üfüqdə belə görünmür, iqtisadi şərtlər pisləşdikcə federal strukturlar daha idarəedilməz hal alacaq.

Parçalanma prosesini idarə etməkdən və dövlət sərhəddini aşa biləcək münaqişələrin ehtimalını azaltmaqdan ötrü, Qərb Rusiyanın müxtəlif regionlarıyla əlaqələr qurmalı və onların sülh yoluyla dövlət yaratmalarını dəstəkləməlidir.

Rusiyanın parçalara ayrılması nəticəsində baş verəcək hadisələrlə əlaqədar NATO-nun yarana biləcək təhlükələri və əlverişli imkanları görməsi, xüsusi şərtlərə və qeyri-adi vəziyyətlərə hazırlaşması gərəkdir. Xüsusən də Moskvanın avropalı qonşularını qorxulu ssenarilərdən qorumaq üçün lazımı təhlükəsizlik tədbirləri görülməlidir.

Rusiyanın bəzi regionları Finlandiya, Ukrayna, Çin və Yaponiya kimi dövlətlərlə birləşə bilər, çünki Moskva bu əraziləri keçmişdə həmin ölkələrdən zorla alıb. Şimalı Qafqaz, Volqaboyu, Sibir və Uzaq Şərq respublikaları Çin, Yaponiya, ABŞ və Avropa ilə əlaqələr quraraq tamamilə müstəqil dövlətlərə çevrilə bilərlər.

Rusiyanın parçalanmasına diqqət ayrılmaması Qərbin maraqlarına böyük hesabla ziyan vuracaq. Qəfil yarana biləcək geosiyasi sarsıntılardan və mümkün hərbi toqquşmalardan qaçmaq üçün Vaşinqton parçalanmanın dinc xarakter almasını nəzarətə götürməli və yeni yaranacaq ölkələrlə əlaqəyə girib onlara yardım etməlidir.

Sovet İttifaqının gözlənilməz çöküşü transformasiyaların baş verməsinin Kremlin dezinformasiya kampaniyasından asılı olmayaraq getdiyini göstərib və bu, indiki halda gələcək üçün yaxşı dərs olmalıdır.

(“The Hill”-ABŞ)

635x100

Şərhlər

vəli və oqtaya 2019-01-17 16:30:14

rusiyanın dağılması sənikimilərin hansı işinə yarayacaq milyonlarla vətandaşımız rusiyada halal zəhmətlə çörək pulu qazanır rusiyanın dağılması bir çoxlarının elə arzusu olaraq qalacaq rusiya getdikcə genişlənir buna əmin ola bilərsiz turan demişkən turan tərafdarları türklərə xidmət edənlərin arzusudu hansiki o türkiyə fahişələrin pul qazandığı ölkədir rusiya isə azərbaycan kişilərinin zəhmətlə pul qazandığı dövlətdir biri türkiyəyə gedib biri isə rusiyaya hansı daha şərəflidir???

Yaqub 2019-01-17 16:30:14

Men.veli. qardaşma.qoşuluram. rusya.ile.beraber. diktatorlarında. dagılmasını.arzu. edirem.inşallah.

OQTAY 2019-01-17 16:30:14

Veli,qardasim darixma,insallah 2019 onlarin axri,TURAN-nin ise baslanqici olacaq!!!ALLAH YARDIMCIMIZ OLSUN !!!

Ali 2019-01-17 16:30:14

Əziz redaksiya! Məqaləni dərc etməmişdən bir yoxlayın görün nə yazırlar. Bu müəllifyazdığl göstərici yalandır-Adambaşına ÜDM üzrə RF 72-ci yox 48-ci(ÜVF-nun statistikası)və 53-cü yerdədir(Dünya Bankının statistikası). Anqloamerikan mafiyası əvvəl SSRİ-ni (Yuqoslaviyanı) dağıtdlğl kimi bu ölkəni dağıdıb sərvətlərinə yiyələnmək istəyir. Bu məqalə də həmin mübarizəyə xidmət edir.Ən pisi bizim Rusiyaya yalandan yazılan 75 və 72-ci yerdə olmağımızdır.

Veli 2019-01-17 16:30:14

Bu şerhi oxudum ve hem sevindim hem de dua etdimki bu parcalanma tezlikle olsun y eni 2-3ile dagılsın

Son yazılar