YASAMALIN YENİ RƏİSİ NATİQ ƏMİROVUN QARDAŞIDIR - Səbailin rəisi isə "Azərxalça"nın rəhbərinin oğlu
Baxiş sayı:
Dərc olunub:
17/01/2019 - 18:23
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə, Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Yasamal RPİ-nə yeni rəis təyin olunan Cəmil Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun qardaşıdır.
AzPolitika.info xatırladır ki, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev isə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. İsfəndiyar Mehbalıyev Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.
Ramil Usubovun müvafiq əmri ilə, Mingəçevir şəhər Polis şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi təyin edilən Cavid Muradov isə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun oğludur.
AzPolitika.info
Şərhlər
Əla
bu ölkənin düzəlməsi qeyri mümkündür!...
Bizə bu da azdır.Buna layiqiq.Bunu mən demirəm,bunu ALLAH buyurur.Haqqını tələb edə bilməyən xalq bu təyinatlarla barışmalıdır.ALLAH bizə yardım edən deyil.Əvvəl biz özümüzü,əməlimizi düzəltməliyik,sonra ALLAHdan kömək istəməliyik.Yalan danışırıq,oğurluq edirik,əxlaqsızlıq baş alıb gedir,ibadət yox.........
dolu dənizə yağar deyiblər bəs neçə olmalidır ki urekli vətəni sevən oğullar uçun isə bir yol var qarabağ uğrunda döyüşə gondərilməsi basqa yol varmı ya?
Memurlar var olsun !!!canlari hemse sag olsun hemse yuksegde olsunlar....kasib zehmetkes xalq hemse ayaqlar altinda olsun....eh Allahim hemse memurun basinan tok..kasiba hecne verme
BRAVO,ANALOQU OLMAYAN,DAYANIQLI INKIWAF EDEN QOHUM EQRABA HOKUMETI.NESE HACIBALANIN SESI CIXMIR...GULERDIK ,BIR AZ
Qohum-əqraba hökumətidir.
Ölkənin ciddi strukturkarı bir qrup adamların,onların qohum-qudası və evladlrı ilə doldurulduğundan perspektuvli gənclər işsiz qalır,ölkədən çıxıb gedir və beləliklə dövlətçilik və dövlət zəifləyir. Bunu hamı görür,söyləyir ancaq hökumət buna diqqət etmir.
Azərbaycan təcürbəsi dünyaya sübut edir ki ən bacariqli dövlət işciləri və biznesmenləri ancaq hakim elitanin icərisindən cixa bilər.
Əvvəllər belə olmazdı. Bir ailədən bir adam vəzifəyə qoyulardı və o vəzifəyə qoyulan da o birilərinə görüm-baxım edərdi. indi isə əksinə olur=b. Xata olur biri bir yolla vəzifəyə qalxır və yerdə qalanlarını da dartıb yığdırır yüksək vəzifələrə və qalanları da yerində sayır.
Bizim ölkədə ancaq qohum əqrəbəni yerləşdimək qanundu!!! Dərs olmur bizə mahmudovlar, vəliyevlər, cahangirlər, fazillər ... nolar ki xaricdə düzgün univetsitetdə təhsil almış gənclərə yer versəz...onların xaricdə aldığı təhsili burda tədbiq etsələr... biraz insafffff
İsfəndiyar Mehbalıyev həmçinin Milli Məclisin deputatı, Respublika Həkarlar İttifaqının sədri Səttar Mehbalıyevin ogludur.