11 NAZİRLİK və KOMİTƏDƏ BÖYÜK İXTİSARLAR OLACAQ - Funksiyaları ASAN Xidmətə verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb.

Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilib.

Bundan əlavə, Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin də ləğv olunması fərmanda qeyd olunub.

Ən mühüm məqamlardan biri ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılmasının ləğvidir. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.

Beləliklə, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması fərmanda əksini tapıb.

Qeyd edək ki,  ASAN Xidmətin icra etdiyi funksiyaların yuxarıda adları çəkilən 11 nazirlik və komitədə də paralel şəkildə aparılmasının ləğvi həmin qurumlarda ciddi ixtisarların olacağı deməkdir.

Elman

AzPolitika.info

 

635x100

Şərhlər

ali 2019-01-17 21:07:08

Azerbaycana gelen xarici investisiyanin birinci dusmani emlak komitesidir....son vaxtlar butun tikintilere qanunsuz maneelar yaradirlar ...

Səbuhi 2019-01-17 21:07:08

Cənab prezidentin əmr və göstərişləri dərhal icra olunmalıdır. Əmlak məsələləri dövlət komitəsinin şöbə müdiri SAMİR MÜƏLLİMİN nəzərinə çatdırmaq istəyirəm.

veteran 2019-01-17 21:07:08

Sərhəd xidmətinin daxili qoşunların və fövqaladənin akademiyaları bağlanıb müdafiə nazirliyinə verilməlidir.səfərbərlik xidməti ləğv edilərək müdafiə nazirliyinə verilməlidir Hələartıq qurum çoxdur əksriyyəti ləğv edilib birləşsə dövlət çox yükdən azad olar.

Mehdi 2019-01-17 21:07:08

Olkenin geleceyi ancaq ASAN xidmetdedir.Butun selahiyyetler ora verilmelidir.Bu quldur komite nazirliklerden bu xalq uzulusmelidir.

azad 2019-01-17 21:07:08

icra hakimyyətlərnində işlərini asan xidmətə vermək lazımdır. bələdiyə varsa icra orqanı nəyə lazımdır.icra başcıları mlyonlarla büdcənin pularını navaya sovrur.bu orqan ləğv olunsa mlyardlarla vəsaid büdcədə qalar.

nusret emi 2019-01-17 21:07:08

Naxcivan arxiv idaresinde o qeder lazimsiz stat vezifeler var ki onlarin ekseriyyeti legv olunmalidir.Cenab Prezident cox duzgun olaraq bu serencami verib.

Mehdi 2019-01-17 21:07:08

Emlak komitesinin islerinin coxunu asan xidmete vermek lazimdi.Evlerin kupcasini asan xidmete veribler,amma obyek,torpaq kupcalarini berk berk qucaqlayib ellerinde tutublar.Ne varki o isde cox cox rusvetler korrubsiya var.Hormetli prezident emlak komitesinin butun islerini asan xidmete verse cox cox yaxsi olar vallah.

Fexreddin 2019-01-17 21:07:08

Mecburi köçkünler üzre komitenin de selahiyyetlerinin ASAN XİDMETE verilmesi yaxşı olardı. Bir vesiqeni bir aya verirler. Bir meşokda arayış teleb edirler. İndi arayış zemanesidir? 70 yaşlı kişiden herbi bilet teleb edirler.

Adil 2019-01-17 21:07:08

Ay balam seferberlik ve çağırış üzre dövlet xidmetine baş idare neye lazımdı? Özü de ifrat derece hecmde. Baş idare leğv olunmalı ve rayon şeher şöbelerinin idare etme selahiyyeti müdafie nazirliyini teşkilat seferberlik idaresine verilmelidir.

Son yazılar