Qərargah: Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar