ETSN: "Dövlət qurumları işlərini əlaqəli şəkildə, düzgün qurublar"

"Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq verilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir".

"Report" xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə deyib.

Mətbuat katibi həmçinin bildirib ki, xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib: "Şükür ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu hadisə onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işləri əlaqəli şəkildə, düzgün qururlar. Təhlükəsizlik məqsədilə keçirilən tədbirlər mətbuatda müntəzəm işıqlandırılır".

Daha əvvəl bildirilib ki, bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar