Ermənistanda daha bir eks-nazirə ittiham elan olundu

Ermənistanın keçmiş ekologiyanı müdafiə naziri Aram Arutyunyana qarşı cinayət işi qaldırılıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, eks-nazir külli miqdarda rüşvət almaqda və pulların yuyulmasında ittiham olunur. Məsələ ilə bağlı istintaq komitəsi də məlumat yayıb. Bildirilir ki, ciddi dəlil-sübutlar əsasında A.Arutyunyana ittiham elan olunub. Eks-nazir özünə yaxın adamın vasitəçiliyi ilə iri məbləğdə rüşvət alıb.

Məlumata görə, 2007-ci ildən etibarən, həmçinin ondan sonrakı fəaliyyəti dövründə Silve Ambartsumyana 10 xüsusi lisenziya verib, qarşılığında 14 milyon dollar rüşvət alıb. A.Arutyunyan isə bu vəsaitləri İsveçrədəki bank hesablarına köçürüb. Keçmiş nazir haqqında axtarış elan olunub.

İstintaq komitəsi İrəvan məhkəməsinə onunla bağlı həbs qətimkan tədbiri seçməklə bağlı təqdimat verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar