Çin "ikinci ABŞ" olmaq niyyətində deyil - ÇXR XİN başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu narahatlığına son qoyub ki, guya Pekin Vaşinqtonu dünya səhnəsindən sıxışdırmağa və ya hətta onun qlobal liderliyini əlindən almağa çalışır.

Onun sözlərinə görə, güclü ölkə digər güclərə çağırışlar etməməlidir.

Çin-ABŞ diplomatik münsibətlərinin 40 illiyi münasibətilə nazir bəyan edib ki, Çin «ikinci ABŞ» olmağı və ya onu əvəz etməyi planlaşdırmır, bu cür düşünən amerikalı siyasətçilərə isə bildirib ki, belə strateji düşüncə səhvdir.

Van İ «Jenmin jiabo» qəzetinə verdiyi müsahibədə qeyd edib ki, iki ölkənin münasibətlərində rəqabət var, ancaq bu münasibətlər qarşılıqlı faydalı açıq strateji mövqedən inkişaf etməlidir.

Bundan əvvəl ÇXR XİN başçısı bəyan etmişdi ki, ABŞ və Çin ticarət məsələlərində mümkün qədər tez razılığa gəlməlidirlər ki, «iki ölkə xalqlarının və bütün dünyanın narahatlığına son qoyulsun».

635x100

Şərhlər

Vətəndaş 2019-01-17 22:57:36

Çox yaxşı olar.

Son yazılar