ABŞ və Türkiyə Suriyada təhlükəsizlik zonası və kürdlərin taleyi məsələlərini müzakirə edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veridyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ qoşunları çıxarılandan sonra, Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsi barədə Vaşinqtonla danışıqların başlandığını bəyan edib.

Danışıqlar üçün başlıca maneə isə Türkiyə sərhədləri boyunca kürd silahlı dəstələrinin dislokasiya olunması məsələsidir ki, ABŞ onları özünün müttəfiqi, Türkiyə isə terrorçu hesab edir.

Çavuşoğlunun sözlərinə görə, danışıqların gedişində o, ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo ilə kompromis tapmağa cəhd göstərəcək.

Nazir qeyd edib ki, təhlükəsizlik zonası «terrorçuluq»la (başqa sözlə, kürd dəstələri ilə) mübarizə işində vacib sayılır. Amma ABŞ Türkiyənin burada hərbi əməliyyat keçirməsinin əleyhinədir və kürdlərin təhlükəsiliyi üçün zəmanət tələb edir.

Ehtimal olunur ki, ABŞ-ın təklifi ilə Suriyada dərinliyi 30 kilometr olacaq bufer zona yaradılsın. Türkiyə burada nəzarəti həbçilərin və kəşfiyyatın köməyi ilə həyata keçirməyi planlayır. Ancaq bu zaman Mənbicdə (Ərəfatın şərqi) kürdlərə qarşı güc əməliyyatlarını təxirə salacağını vəd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar