ABŞ-ın terroçularla əlaqəsini sübut edən yeni dəlillər var - Rusiya XİN

Amerika Birləşmiş Ştatları (ABŞ) xüsusi təyinatlılarının Əfqanıstanda «İslam dövləti» döyüşçülərinin saxlandığı türməni ələ keçirməsi ona yönəlmiş əməliyyat ola bilər ki, ABŞ-ın terrorçulara sponsorluq etməsi barədə məlumatların sızmasının qarşısı alınsın.

«AzPolitika.info»-nun məlumatına görə, bu barədə Rusiya XİN-nin saytında yerləşdirilmiş şərhdə söhbət açılır.

Sənəddə bildirilir ki, «birbaşa olmasa da «İŞİD»çilərlə amerikalılar arasında əlaqənin olduğunu sübut edən dolayı dəlillər ortaya çıxmaqdadır». O cümlədən, taliblərin bu yaxınlarda yaydığı bəyanatdan və amerikalı xüsusi təyinatlıların «məqsədli reydləri» nəticəsində Əfqanıstanın Badgisyu əyalətindəki bir həbs düşərgəsinin ələ keçirilməsindən söhbət gedir.

Həmin düşərgədə «İslam dövləti» döyüşçüləri saxlanırdı və «reyd»dən sonra onlar amerikalılar tərəfindən «naməlum istiqamətə» aparılıblar. İstisna deyl ki, bu terroçular arasında Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşları da ola bilər. XİN-in fikrincə, amerikalıların bu döyüşçülərə olan marağı diqqəti bu fikrə yönəldir ki, ABŞ sadəcə, həmin quldurlara real sponsorluq etməsi barədə danışmağa imkan vermək istəmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar