"Lazımsız əsəbilikdən yayınaraq..." - Rusiya XİN Azərbaycanla əlaqələr haqda

"Azərbaycanla əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə çalışırıq".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Azərbaycanla əlaqələri, uydurma bahənələrlə əlaqədar olan lazımsız əsəbilikdən yayınaraq, bütün istiqamətlər üzrə inkişaf etdirməyə, mürəkkəb və daha az mürəkkəb problemlərin həllinə nail olmağa çalışırıq. Biz buna qadirik. Bir-birimizi yaxşı başa düşürük. Həm Moskvanın, həm də Bakının yaxşı inkişaf etmiş intuisiyası var. Biz qonşuyuq, strateji tərəfdaşıq və bütün məsələlərin həllinə bu əsasda yanaşmalıyıq", - siyasətçi vurğulayıb.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın bəyanatına cavab verib.

635x100

Şərhlər

Mirzə AĞ 2019-01-18 10:41:48

Yaxşı olar ki, bu Mariya ilk növbədə, Lavrov-Kələntəryanın "altından çıxsın" və bir qədər də rus xalqını təmsil etsin...

t.ədalət 2019-01-18 10:41:48

Bu ruslar,deyəsən, bizi əbləh yerinə qoyublar.Rusiya nə vaxtdan bizimlə dost olub?Stepan Razindən üzübəri körpə uşaqlarımıza qədər bizi qıra-qıra gəlirlər.Bu azmış kimi,hələ bir bizdən gileyli-güzar da edirlər.

Son yazılar