ABŞ Çin mallarına idxal rüsumunu ləğv edə bilər - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Pekinlə danışıqlara stimul vemək və Çin Xalq Respublikasından (ÇXR) uyğun cavab güzəştləri əldə etmək məqsədilə Çin mallarına tətbiq etdiyi idxal rusumlarını ləğv etmək barədə düşunür. Özəl mənbələrinə istinadla, bu barədə «The Wall Street Journal» nəşri yazıb.

Mənbələrin məlumatına görə, belə təklifi Amerika Birləşmiş Ştatlarının (ABŞ) maliyyə naziri Stiven Mnuçin irəli sürüb. O, ümid edir ki, belə qərar qeyri-stabil bazarı sakitləşdirməyə kömək edə bilər. Qeyri-stabilliyin özü isə ABŞ və ÇXR arasındakı iqtisadi münasibətlərin qeyri-müəyənliyindən şərtlənir.

Nəşrin qeyd etdiyi kimi, belə addımın əleyhinə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer çıxış edir. O, öz mövqeyini bununla əsaslandırır ki, Vaşinqtonun qərarı Pekində zəiflik kimi qəbul oluna bilər.

Ancaq Laythayzer istisna etmir ki, rüsumların bir hissəsini ləğ etmək olar, amma yalnız o halda ki, ölkələr martın 1-ə ticarət sazişi imzalamış olsunlar.

Bütün təkliflər hazırda müzakirə mərhələsindədir və hələlik prezident Donald Trampa təqdim olunmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar