Nikol Paşinyan Davos forumuna qatılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan "Facebook" səhifəsində yazıb.

Ermənistanın Baş naziri Davos şəhərinə yanvarın 20-də gedəcək.

Bu il İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.

Forum 1971-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat onun üzvləri sırasında yer alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar