ƏMLAK KOMİTƏSİNİN SƏLAHİYYƏTLƏRİ AZALDILDI – Çıxarışları “ASAN” Xidmət verəcək

Dərc olunub: 18/01/2019 - 19:23

1498810708_kerem-hesenov

Ölkə başçısının bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında son fərmanında bir çox səlahiyyətləri “ASAN” Xidmətə ötürülən qurumlar arasında Əmlak Məsələləri Dövlət Komitəsi də var.

Fərmandan belə məlum olur ki, vətəndaşların indiyə qədər kifayət qədər çətinliklə üzləşdikləri əmlak qeydiyyatı və ümumiyyətlə əmlakla bağlı bir çox əməliyyatların aparılması səlahiyyəti “ASAN” Xidmətə verilir. Bundan sonra torpaq kadastrı məlumatları barədə arayışların verilməsi də daxil olmaqla, daşınmaz əmlakla bağlı əksər əməliyyatlar “ASAN” Xidmət tərəfindən həyata keçiriləcək ki, bu da vətəndaşların rahatlığına xidmət etmiş olacaq.

“AzPolitika.info“ bundan sonra daşınmaz əmlakla bağlı yalnız “ASAN” Xidmət tərəfindən həyata keçiriləcək xidmətlərin siyahısını təqdim edir:

– Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
– Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
– Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
– Torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;
– Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Cəlal
AzPolitika.info










loading...


Fikrinizi bildirin