Buxarestdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı müzakirə olunacaq

Dərc olunub: 18/01/2019 - 20:26

avropa-birliyi-bayragiAvropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.

“Report” “İnterfax”a istinadla xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir.

Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir.

Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış “Şərq Tərəfdaşlığı” proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.








loading...


Fikrinizi bildirin