“Qorbaçov komandası erməniləri himayə edirdi” – Səfir

Dərc olunub: 18/01/2019 - 21:40

azer_khudiyev_180119Ukraynanın nüfuzlu “Qordon” ictimai-siyasi nəşrinin saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.

“Qanlı Qara Yanvar! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduqlarını gördülər”, – deyə səfir məqalədə qeyd edir.

Diplomatın sözlərinə görə, 20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib: “Qorbaçov komandası erməniləri himayə edirdi. Onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu”.

Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib: “Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər ilk növbədə Şəhid Xiyabanını ziyarət edirlər”.








loading...


Fikrinizi bildirin