Neftçalada üç uşaq anası itkin düşüb – FOTO

Dərc olunub: 18/01/2019 - 21:56

cf4d63d6-5ef8-46cd-9ba8-d71bc68a8680Neftçala rayonunda üç uşaq anası itkin düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin