Bakıda itkin düşmüş 11 yaşlı uşaq tapıldı

Dərc olunub: 18/01/2019 - 22:47

polis_idaresi_201015Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb.

Bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.

Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib. (Trend)








loading...


Fikrinizi bildirin