Ölkədə qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Dərc olunub: 18/01/2019 - 23:03

qizil gumusAzərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, yanvarın 18-də qızılın qiyməti yanvarın 17-i ilə müqayisədə 0,799 manat artaraq 1 unsiya üçün 2196,4255 manat təşkil edib.

Gümüş 0,024 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4263 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 17,0255 manat artaraq 1383,0605 manat, palladiumun qiyməti isə 58,3015 manat artaraq 2411,96 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.












loading...


Fikrinizi bildirin