İranın rəsmi agentliyi hamını təəccübləndirdi – “Partlayışı Necati Şaşmaz törədib” + FOTO 

Dərc olunub: 19/01/2019 - 00:49

Polad02İran xəbər agentliyi “Press TV” Suriyada baş vermiş partlayışa görə türkiyəli aktyoru günahlandırıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, agentlik 5 ABŞ əsgərinin və 20 nəfərin həlak olduğu Menbicdəki partlayışın səbəbkarı kimi “Kurtlar vadisi” serialındakı Polad Ələmdar rolu ilə məşhurlaşan aktyor Nəcati Şaşmazın fotosunu paylaşıb. Agentlik aktyoru MİT agenti kimi göstərən saxta fotonu gerçəkmiş kimi paylaşaraq PKK-nın yalanına dəstək çıxıb.

PKK-ya dəstək olan bir saxta “Tvitter” səhifəsinin paylaşımına istinadən xəbər yayan agentlik böyük bir qalmaqala səbəb olub.

Bu xəbər “Tvitter” sosial şəbəkəsində izləyicilərin qınağına səbəb olub.








loading...


Fikrinizi bildirin