Burkina-Faso hökuməti istefaya gedib

Dərc olunub: 19/01/2019 - 09:18

82f6dfca-4549-4466-b738-3eece826b478Burkina-Faso prezidenti Rok Kabore cümə günü hökumətin istefasını qəbul edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

“Burkina-Faso prezidenti Rok Kabore cümə günü günortadan sonra yeni hökumətin formalaşdırılmasınadək müvəqqəti hökumətin təyin olunmasını tapşırmazdan əvvəl III Polya Kabı Tiyebı hökuməti üzvlərinin istefasını qəbul edib”, – deyə məlumatda bildirilir.

Bəyanata əsasən, Tiyebı hökuməti 31 yanvar 2018-ci ildə formalaşdırılıb.








loading...


Fikrinizi bildirin