Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib

Dərc olunub: 19/01/2019 - 11:55

b31cdb02-0e9e-4a06-861b-516fb97ca1caTürkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.

“Report” “Hurriyet”ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.








loading...


Fikrinizi bildirin