Şamaxı sakinini güllələyən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb

Dərc olunub: 19/01/2019 - 13:03

98709012-8dae-482c-87f2-857eb4961ea5Şamaxı rayonunda bir nəfəri güllələməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirliəndirilən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bilinəcək.

Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şamaxı rayon mərkəzinin Axundov küçəsində qeydə alınıb. Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb.








loading...


Fikrinizi bildirin