RAMİL USUBOV POLKOVNİKİ TƏQAÜDƏ GÖNDƏRDİ - Yeni təyinatlar

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib. Azvision.az -ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.

Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.

635x100

Şərhlər

EJDER 2019-01-19 14:45:14

BRAVO.MOLODES...LUKOWENKO CANI BIZIM POLIS QORUYUR...

ilqar 2019-01-19 14:45:14

alime ele ona calisir ki istentaq komitesi elesin

Alim 2019-01-19 14:45:14

Senin.vaxtlnnan. kecib.sende. oglunu.yerine.qoy.get...

t.ədalət 2019-01-19 14:45:14

Təqaüdə gedən rəis indidə illərdəın bəri topladığı pulların bir hissəsini kommersiya obyektlərinə çevirib kefini davam etdirəcək.Çünkio Azərbaycanda böyük-böyük obyektlər tikən,şirkətlər quranlardan maliyyə mənbəyi haqqında soruşan yoxdur.Qaradağ payonunun polis rəisi kimi.Onun Rəqsanəyə verdiyi yüz mindən artıq dolları haradan tapdığı hələ də araşdırılmır..

Son yazılar