Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub - FOTO

Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

“Report”un xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib.

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.

635x100

Şərhlər

mühəndis 2019-01-19 18:56:33

Gecə 22-00-da günəşi necə görüblər? maraqlıdır.

Bashirov Qarib 2019-01-19 18:56:33

Bu nə əcaib, qəraib xəbərdir.Gecə saat 22-də Şirvanda gunəş nə gəzir.

Son yazılar