Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.

“Report” TASS-a istinadla xəbər verir ki, onların saxlanılmasına üzərilərində potensial olaraq silah kimi istifadə edilə bilən qadağan olunmuş əşyaların aşkar edilməsi səbəb olub.

Eyni zamanda, bəzi nümayişçilərin fişəng və tüstü şaşkası yandırmasına baxmayaraq, qanun keşikçiləri bildiriblər ki, budəfəki mühiti dinc kimi xarakterizə etmək olar.

Daha əvvəl Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar