"Qarabağ" Çexiya klubu üzərində əzmkar qələbə qazanıb

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib Çexiya "Bohemians"ı olub.

"Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi "Qarabağ"ın xeyrinə dəyişiblər.

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyununda Macarıstan "Uypeşt"inə uduzub - 0:1. Rumıniya "Botoşani"si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.

Yoxlama oyunu

19 yanvar

18:00. "Qarabağ" - "Bohemians" (Çexiya) - 3:1

Qollar: Filip Ozobiç, 36. Donald Gerrye, 62. Simeon Slavçev, 90 - Yakub Nekas, 24.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar