Avropa İttifaqı Nikaraquaya qarşı sanksiya tətbiq edəcək

Dərc olunub: 19/01/2019 - 22:35

c085066c-0184-44dd-8321-382d6e27a619Avropa İttifaqının (Aİ) Nikaraquaya qarşı sanksiyaları yaxın gələcəkdə tətbiq ediləcək.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya Xalq Partiyasının Madriddə keçirilən milli qurultayında çıxışı zamanı Avropa Parlamentinin rəhbəri Antonio Tayani deyib.
Onun sözlərinə görə, Nikaraqua hökuməti “pis yol ilə gedir” və Aİ susmayacaq və buna cavab verəcək.
A.Tayani həmçinin Venesueladakı vəziyyətlə bağlı sərt tənqidlə çıxış edib. O, avropalıları aclıq və dərd gətirən Venesuela diktaturasının pislənməsində birliyə çağırıb.
Nikaraquada kütləvi aksiyalar ötən ilin aprel ayında hakimiyyət orqanlarının təklif etdiyi sığorta sahəsindəki dəyişikliklərə etiraz əlaməti olaraq başlayıb. Ölkə prezidenti Daniel Orteqa qanuna əlavə və dəyişiklikləri ləğv etsə də, etirazlar sərgimək bilmir. Aksiyalar zamanı 480-dən çox insan həyatını itirib.








loading...


Fikrinizi bildirin