Orxan Zeynalovu Azərbaycan diasporu satıb?

Moskvada qətlə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Xeynalovun həbsinin yeni təfərrüatları üzə çıxıb. Məlum olub ki, onun tutulmasına Azərbaycan diasporu yardım edib.

Musavat.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, qətli araşdıran çekistlər Azərbaycan diasporunun nüfuzlu üzvləri ilə əlaqə yaradıblar və onları Orxan Zeynalovun gizlədilməsinə görə bizneslərinə problem yaradılacağı ilə hədələyiblər. Dipspor nümayəndələri isə Rusiyadakı azərbaycanlılara xəbərdarlıq ediblər ki, Orxan Zeynalovu gizlətsələr, maddi itkilərlə üzləşəcəkdər.

Nəhayət, əməliyyatçılar diasporumuz vasitəsilə öyrəniblər ki, Orxan Zeynalov Ryazan şəhərindədir və Kolomnaya getməyə hazırlaşır. Xüsusi təyinatlılar onu məhz Kolomnada ələ keçiriblər və Orxan Zeynalov işgəncələrə məruz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar