Poroşenkodan müsəlmanları və Rusiyanı qəzəbləndirəcək addım

Dərc olunub: 20/01/2019 - 09:57

c510c0047d414a0f55b5ae0d19fc4537Ukrayna Prezidenti Petro Poroşenko İsrailə rəsmi səfər edəcək.

Poroşenko səfər çərçivəsində İsrail Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşəcək.

Yanvarın 21-də iki ölkə rəhbərinin iştirakı ilə Ukraynanın iqtisadiyyat naziri Stepan Kubiv israilli həmkarı Eli Kohenlə ikitərəfli ticarət sazişi imzalayacaq.

İsrailin Ukraynadakı səfiri Yoel Lyonun sözlərinə görə, müqavilənin imzalanması Qüdsdə – Yerusəlimdə baş tutacaq.

Diplomat İsrail və Ukraynanın bir-birini etibarlı müttəfiq olaraq qəbul etdiyini bildirilib./teleqraf.com








loading...


Fikrinizi bildirin