Çindən İrana milyardlıq təklif - Yeni müqavilə imzalanacaq

Çinin dövlət şirkəti olan “Sinopec” İrana neft yataqlarının işlənilməsi üçün 3 milyard dollarlıq müqavilə təklif edib.

Bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

Çin yeni müqaviləni İranın İraqla sərhədində yerləşən “Yadavaran” yatağının istismarıyla bağlı mövcud kontrakt çərçivəsində təklif edib. Rəsmi Pekin təklif edilən müqavilənin ABŞ sanksiyalarını pozmadığını iddia edib.

Qeyd edək ki, “Yadavaran” dünyanın ən zəngin neft yataqlarından biridir. Yataqda neft ehtiyatı 31 milyard barrel həcmində qiymətləndirilir. Axar.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar