İstanbulda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş fotosərgi açılıb

İstanbulun "Marmaray" dənizaltı dəmiryolu xəttinin "Yeniqapı" stansiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş fotosərgi açılıb."Report"un məlumatına görə, sərgi Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil edilib.

Sərgi ilə bağlı jurnalistlərə açıqlama verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev 20 Yanvar faciəsinin müstəqillik yolunda önəmli mərhələ olduğunu vurğulayaraq deyib: "133 şəhid verdiyimiz 20 Yanvar faciəsindən sonra xalqımızın daha da həmrəy olmasında ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində etdiyi tarixi çıxış həlledici rol oynadı. Müstəqil dövlətimizin qurulmasında və güclənməsində ulu öndərin nümayiş etdirdiyi qətiyyət bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bizim əsas vəzifəmiz 20 Yanvar faciəsinin unutdurulmaması və Türkiyə ictimaiyyətinin bu faciənin mahiyyətini daha yaxşı bilməsidir"- deyə baş konsul bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar