DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib

Daxili İşlər Nazirliyi bu gün Şəhidlər xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Report"un sorğusuna cavabında bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.

Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:

"Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdırma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdırma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək".

E. Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

635x100

Şərhlər

Kerbalayl 2019-01-20 20:26:32

Cenab.zahidov. get.o.sözlerni. uşaq.baxcaslnda.danlş...

patriot 2019-01-20 20:26:32

YALAN DEYİR mən sadə vətəndaşam PROBLEM POLSLƏRDƏ idi mən orda idim şahidəm

Naxcıvanlı 2019-01-20 20:26:32

Kerbalayi.halal.olsun. allaha.and.olsun.adna.layiq.. şerh.yazıbsan.. alqışlayıram.seni.

veten dashi 2019-01-20 20:26:32

Cemiyyetde siz qanunlari insanlarin haqqini tapdayanlardan bir naraziliq var.Ölkə prezidentinin verdiyi imtiyazlardan gen-bol özünüz ücün istifade edirsiz.Hansinizi işdən cixarirlar altindan milyonlar cixir.Haqq sözün deyənə ,sivil formada etiraz bildirənləri də qəsdən əsəbləşdirib təxribata cəkirsiz.Bu hərəkətlərinizlə Azərbaycan prezidentini ayağının altını qazırsiz.İmkan verin bu millətə qoy ölkə prezidentinə dəstək verib Sovet dövründen qalma iylənmiş nomenkulaturadan xilas olub gənc və mütərəqqi ...

X 2019-01-20 20:26:32

Yalancinin belasin Allah versin

miri 2019-01-20 20:26:32

İndi internet əsridir, müəllimlər. Qaraya ağ, ağa qara deməklə baş girməmək keçmişdə qaldı. Sizin yeriniz bu gün və gələcək deyil!

Son yazılar