Şirvanda 80 yaşlı kişi evində ölü tapılıb

Şirvan şəhərində yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1938-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Nazim Abdulla oğluna məxsus meyit mərhumun yaşadığı Mehmandarov küçəsi, 34 ünvanında tapılıb.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Qonşuların bildirdiyinə görə, kimsəsiz və tək yaşayan 80 yaşlı kişi öz əcəli ilə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şirvanda yanvarın 14-də də mənzildən meyit aşkar edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar