Ərəb Ölkələri Liqası «Gömrük ittifaqı» yaradır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Ərəb Ölkələri Liqasının (ƏÖL) Beyrutda keçirilən sammitində Gömrük İttifaqının və Ərəb Azad Ticarət Zonasının yaradılması barədə qərar qəbul olunub.

ƏÖL Baş katibinin müavini Hüsam Zəki bəyan edib ki, birləşməyin məqsədi 20 ərəb ölkəsində ərzaq təhlükəsizliyini və harmonik inkişafı təmin etməkdən ibarətdir.

Bölgə üçün daha bir əhəmiyyətli qərar isə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərabistanının birgə kriptovalyuta yaratmaq niyyətidir.

Sammitdə suriyalı qaçqınların məsələsi də müzakirə mövzusu olub. Bu problemə Livanın xarici işlər naziri Cebran Basil münasibət bildirib. O, hazırkı miqrasiya böhranını İkici dünya müharibəsindən sonrakı dövrdə ən dərini adlandırıb ki, bunun nəticələrini ərəb ölkələri bütün kəskinliyi ilə yaşayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar